“Məndən ayaqqabı alıb, səhəri arxamca danışıb” - Blogerlər arasındakı qalmaqal səngimir

“Məndən ayaqqabı alıb, səhəri arxamca danışıb” - Blogerlər arasındakı qalmaqal səngimir

Blogerlər arasındakı qalmaqal səngimək bilmir.

Milli.Az Olay-a istinadən xəbər verir ki, "Bir kahve bin qiybet - yedek" səhifəsi bloger Asya Fuadın küsülü olan blogerlər Nərmin Vəliyeva (Narişa) və Nigar Fərzəlinin barışmasına müdaxilə etdiyini iddia edib.

Səhifə bildirib ki, Asya "Nigar Narişanı bağışlayan deyil, biz icazə vermərik" sözlərini yazdığını bildirib.

Asya isə İnstaqramın canlı yayımında səhifənin iddiasını təsdiqləyərək Narişa və nişanlısı, fotoqraf Mamed İsmayılov barədə sərt ittihamlar irəli sürüb:

"Narişa bu gün məndən ayaqqabı alıb, səhəri gün mənim haqqımda danışıb. Ona görə o qızı izləmədən çıxarmışam. Onun nişanlısı da mənim və yoldaşımın haqda danışıb. Fuad da gedib onun nişanlısı ilə görüşüb, o da hamının yanında yoldaşımdan üzr istəyib. Əgər dana bilirsə, buyursun dansın. Hadisə dostlarımızın yanında olub. Buradan da deyirəm Nigar Narişanı bağışlayan deyil. Çünki o insan bizim evdə çörək kəsdiyi halda gedib arxamızca danışıb".

Narişa isə OLAY-a açıqlamasında bu mövzuda danışmaq istəmədəyini bildirib:

"Mən belə mövzularda iştirak etməyi, adımın belə hallanmasını sevmirəm. Ümid edirəm, anlayışla qarşılayarsız".

Qeyd edək ki, blogerlərin həyat tərzi ilə bağlı paylaşımlar edən "Bir kahve bin qiybet" səhifəsi ilə İnstaqram fenomeni olan Asya Fuad, Sabi Orudjeva və Aynişan Quliyeva arasında qalmaqal yaşanıb. Sabi Orudjeva və "Bir kahve bin qiybet" səhifəsi bağlanıb.

Mənbə: news.milli.az