Tuba Büyüküstünlə Murat Boz sevgilidir? - FOTOlar

Tuba Büyüküstünlə Murat Boz sevgilidir? - FOTOlar

Türkiyəli məşhur aktrisa Tuba Büyüküstünün tanınmış müğənni Murat Bozla arasında sevgi münasibətləri olduğu iddia edilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhurlar bunu inkar etsələr də, səmimi fotoları yayılıb.

Bu iddialara T.Büyüküstün "Adım hər kəslə anılır, belə bir şey yoxdur" deyə açıqlama vermişdi.

Həmin açıqlamadan aylar sonra "Another Self" serialının baş rol ifaçılarının eyni kadrda səmimi görüntüləri yayılıb. Serialın kollektivi ilə axşam yeməyində çəkilən fotoları sosial şəbəkə hesablarında paylaşıblar.

Milli.Az

Mənbə: news.milli.az