Tanınmış aktyor bədbəxt hadisə nəticəsində 37 yaşında öldü

Tanınmış aktyor bədbəxt hadisə nəticəsində 37 yaşında öldü

Tanınmış fransız aktyoru Qaspar Ulyel 37 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, aktyor Fransanın cənubunda yerləşən Rozyer dağ-xizək kurortunda digər xizəkçi ilə toqquşaraq ağır xəsarət alıb.

Kəllə-beyin travması alan aktyor helikopterlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qaspar Ulyel "Hannibal.Yüksəliş", "Uzun izdivac", "Sen-Loran.Stil mənəm" və "Bu sadəcə dünyanın sonudur" filmləri ilə populyarlıq qazanmışdı.

 

Mənbə: news.milli.az