Məşhur aktyor faciəvi şəkildə öldü

Məşhur aktyor faciəvi şəkildə öldü

Məşhur fransız aktyoru Qaspar Uliel xizək sürərkən qəza keçirərək 38 yaşında dünyasını dəyişib. Bu barədə Fransa mediası məlumat yayıb.

Uliel bu gün “La Rosiere” xizək kurortunda xizəkdən yıxılaraq xəstəxanaya yerləşdirilib. Yıxılma nəticəsində aktyor huşunu itirib və helikopterlə Qrenobl Universitet Xəstəxanası Mərkəzinə aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Uliel “Şanel” (“Chanel”) moda evinin siması olub. O, “Uzunmüddətli nişan”, “Sen-Loran. Stil mənəm”, "Sadəcə dünyanın sonu" filmlərində rol alıb. O, həmçinin Peter Uebberin “Hannibal Rising” filmində gənc Hannibal Lekter rolunu oynayıb.

O, fransız model və müğənni Qaelli Pietri ilə evli olub. Cütlüyün 2016-cı il təvəllüdlü bir oğlu var.

Mənbə: virtualaz.org