Moskvada Azərbaycan filmləri həftələri keçiriləcək

Moskva şəhərində yanvarın 22-dən fevralın 20-dək Azərbaycan filmləri həftələri keçiriləcək.

“Report” “Xalq təsərrüfatı nailiyyətləri sərgisi”nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, sərginin 14 nömrəli “Azərbaycan” pavilyonunda hər həftənin istirahət günləri Azərbaycan kinosunun inciləri nümayiş olunacaq. Həmin nümayişlərə giriş sərbəstdir.

Göstəriləcək filmlər arasında Rüstəm İbrahimbəyov, Eldar Quliyev, Anar Rzayev, Rasim Ocağov, Yuliy Qusman kimi rejissorlar və ssenari müəlliflərinə aid ekran əsərlərinin olduğu bildirilir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ukrayna Rusiya ilə sərhədlərinin mühafizəsini gücləndirir

SONRAKI XƏBƏR

Ölkədə təhlükəli tullantıların utilizasiyası aparılırmı?