Moskvada Azərbaycan Kinosu həftələri keçiriləcək

Yanvarın 22-dən fevralın 20-dək Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycan Kinosu həftələri keçiriləcək.

XTNS-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu pavilyonun qonaqları hər həftənin istirahət günlərində Azərbaycan kinematoqrafçılarının ən yaxşı filmlərinə tamaşa edə biləcəklər. Giriş sərbəstdir.

Kino həftələri çərçivəsində Eldar Quliyev, Anar Rzayev, Rasim Ocaqov, Ramiz Fətəliyev, Yuli Qusman və başqa məşhur rejissor və ssenaristlərin sovet dönəmində və postsovet dövründə çəkilmiş filmləri nümayiş etdiriləcək.

Filmlərdə əsas rollarda Azərbaycan və Rusiya aktyorları - Fəxrəddin Manafov, Aleksandr Kalyaqin, Lev Durov, Həsən Məmmədov, Fuad Poladov, Muxtarbəy Kantemirov, Polad Bülbüloğlu, Leyla Şıxlinskaya, Nəsibə Zeynalova, Şəfiqə Məmmədova, Həsən Turabov və başqaları çəkiliblər.

Seansların cədvəli ilə XTNS-in saytında tanış ola bilərsiniz.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

"Rusiya və Belarusu məğlub etmək mümkün deyil" - Lukaşenkodan Qərbə çağırış

SONRAKI XƏBƏR

Bakıdan Rostova birbaşa uçuşlar BAŞLADI - VİDEO