Əlikram barədə arvadı NƏLƏR DEMƏDİ? - Uşağı ilə maraqlanmır...

Əlikram barədə arvadı NƏLƏR DEMƏDİ? - Uşağı ilə maraqlanmır...

Müğənni Əlikram Bayramov xanımı ilə "Zaurla Günaydın" verilişində qonaq olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ifaçının xanımı proqramda deyib:

"Gözəl həyat yoldaşı, ailə başçısıdır. Ailəmizin qayğısını çəkir. Bütün ailə başçıları bunu edir. Amma bu hədsiz başqa insandır. Yaxşı babadır. Yeni evlənən vaxtlarda tez-tez Rusiyaya səfərlərə gedirdi. Hətta 1 aya yaxın məndən ayrı qalıb.

Oğlum dünyaya gələndə Azərbaycanda yox idi. Onu da başa düşürdüm. Bilirdim ki, hansısa zirvəyə getmək istəyir. Kömək, maddiyat lazımdır. O da yox idi. Bataqlıqdan özü çıxmaq istəyirdi. Hərdən də qısqanırdım, deyirdim ki, sən sənətini bizdən çox istəyirsən və bizim yanımızda olmursan. Necə olur ki, ata 15-20 gün uşağı ilə maraqlanmır. O vaxt da əl telefonu yox idi. Bilmirdim ölüb, yoxsa qalıb".

Milli.Az

Mənbə: news.milli.az