“Westworld”un ulduzundan keçmiş sevgilisi ilə bağlı ETİRAF: “Çəkilişdə mənə təcavüz etdi”

“Westworld”un ulduzundan keçmiş sevgilisi ilə bağlı ETİRAF: “Çəkilişdə mənə təcavüz etdi”

“Westworld” serialı ilə ulduzu parlayan Evan Raçel Vud keçmiş nişanlısı Merilin Mensonun ona uzun müddət təcavüz etdiyini desə də, bu dəfə daha sərt ittiham irəli sürüb.

Bizim.Media xəbər verir ki, Vud məşhur müğənninin ona klip çəkilişində təcavüz etdiyi açıqlayıb.

Mensonla 2007-2010-cu illərdə sevgili olan aktrisa bu hadisənin 2007-ci ildə “Heart-Shaped Glasses” mahnısının klip çəkimində yaşandığını açıqlayıb:

“Klip üçün simulyasiya edilmiş sevişmə səhnəsi planlaşdırılmışdı. Ancaq kameralar işə salındıqdan sonra mənimlə həqiqətən birlikdə olmağa başladı. Bu əsla razı olduğum bir şey deyildi. Mən peşəkar oyunçuyam.
Həyatım boyunca bu qədər peşəkarlıqdan uzaq setdə olmamışam. Xaos ortamı idi və özümü heç rahat hiss etmirdim. Heç kim məni qorumurdu və videonu çəkmək mənim üçün üzücü təcrübə idi. Yaşım az idi, özümü necə müdafiə edəcəyimi bilmirdim. İyrəndim və sanki yanlış bir şey etmişəm kimi hiss etdim. Çəkiliş heyətinin də gərgin olduğunu, nə edəcəklərini bilmədiklərini xatırlayıram”.


Qeyd edək ki, Merilin Menson aralarında Evan Raçel Vudun da olduğu 5 qadına qarşı cinsi istismarda ittiham olunur.

Aktrisa ona qarşı məhkəmə ifadəsi verdikdən sonra özünə, oğluna və ailəsinə zərər verilməklə bağlı təhdidlər aldığını, buna görə fiziki və mənəvi travmalar yaşadığını açıqlayıb.


 

Mənbə: bizim.media