Erkül Puaro rolunu oynayan tanınmış aktyor “Cəngavər bakalavr” ordeninə layiq görülüb

Erkül Puaro rolunu oynayan tanınmış aktyor “Cəngavər bakalavr” ordeninə layiq görülüb

Tanınan britaniyalı aktyor Devid Suşe yaratdığı belçikalı detektiv Erkül Puaro obrazına görə cəngavər rütbəsi alıb. “Cəngavər bakalavr” ordeninin təqdimat mərasimi Vindsor qəsrində keçirilib.

AZƏRTAC “RBC”yə istinadla xəbər verir ki, dramaturgiya və xeyriyyəçilik sahəsində xidmətlərinə görə aktyora ordeni Kembric hersoqu şahzadə Uilyam təqdim edib.

Hersoq bildirib ki, Britaniya təltif sistemində “Cəngavər bakalavr” ordeni yalnız kişilərə verilir: “Fəxri ad şəxsin monarx tərəfindən cəngavər olmasını təsdiqləyir, lakin onun Böyük Britaniyanın mütəşəkkil cəngavər ordenlərinə daxil olmasını nəzərdə tutmur”.

Suşe öz təəssüratlarını tviterdə paylaşıb: “Kembric hersoqu bu gün Vindsor qəsrində məni cəngavər elan etdikdən sonra qürur hissi keçirir və bir qədər də sıxılıram”.

Qeyd edək ki, britaniyalı aktyorun karyerası 1960-cı illərdə televiziya şouları və seriallarda görünməsi ilə başlayıb. Aktyor Aqata Kristinin “Puaro” əsəri əsasında çəkilən serialda (1989-2013) detektiv Erkül Puaro rolu ilə dünya şöhrəti qazanıb.

David Suşe Britaniya Kino və Televiziya Sənəti Akademiyasının üzvü və beş dəfə BAFTA mükafatına namizəd olub. 2011-ci ildə aktyor Britaniya İmperiyası ordeninin komandoru adına layiq görülüb.

Mənbə: azertag.az