“Şuşa ili” ilə bağlı Tədbirlər Planının bəzi detalları məlum olub

“Şuşa ili” ilə bağlı Tədbirlər Planı hazırlanır.

“Report”un əldə etdiyi məlumata görə, Tədbirlər Planına əsasən Şuşadakı mədəniyyət abidələrinin, infrastukturun bərpası daxildir.

Həmçinin il ərzində Şuşada Azərbaycan mədəniyyətinin incisi olan muğamın, xalçaçılıq ənənələrinin dirçəldilməsi üçün işlər görüləcək. Bundan başqa, yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək, konsert, festival və media-turlar təşkil ediləcək.

Tədbirlər Planına əsasən, Şuşanın daha yaxşı tanıdılması üçün filmlərin çəkilməsi də nəzərdə tutulub.

İl ərzində “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin təşkili, Üzeyir Hacıbəyli musiqi festivalının keçirilməsi planlaşdırılır. Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə əlaqədar Ədəbiyyat festivalının keçirilməsi də nəzərdə tutulub.

Tədbirlər Planının hazırlanmasının yaxın zamanlarda yekunlaşması və təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı sərənsamla 2022-ci il “Şuşa ili” elan edilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Nazir: "Hazırda 700 mindən artıq pensiyaçıya əlavəni dövlət ödəyir"

SONRAKI XƏBƏR

Nazir: “Pensiyanı ənənəvi qaydada versə idik, məbləğ indikindən iki dəfə aşağı olacaqdı”