Ronaldo Corcina ilə evlənəcəyini açıqladı

Ronaldo Corcina ilə evlənəcəyini açıqladı

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodriqeslə evlənməyi planlaşdırdığını açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə o, "Netflix"də "Mən Corcinayam" sənədli realiti-şousunda deyib: “Mən həmişə ona bu barədə deyirəm. Bu, bir ildə, altı ayda və ya bir ayda ola bilər. Toyun baş tutacağına min faiz əminəm”.

Qeyd edək ki, Corcina və Ronaldo 2016-cı ildən sevgilidirlər.Onların Alana Martin adlı bir qızı var. 2021-ci ilin sonunda cütlük əkiz uşaq gözlədiklərini açıqlayıb.

 

Mənbə: qol.az