Müğənni mobil telefondan istifadəyə görə depressiyaya düşüb

Britaniyalı müğənni Ed Şiran mobil telefondan istifadəyə görə depressiyaya düşüb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu səbəbdən smartfondan imtina etdiyini bildirib.

Şiran qeyd edib ki, smartfona görə hər zaman pis əhval-ruhiyyədə olub və ondan imtina etdikdən sonra həyatında hər şey düzəlib.

Sənətçi insanlarla əlaqəni kəsmədiyini, yalnız onları məhdudlaşdırdığını söyləyib.

O, hazırda ünsiyyət üçün e-poçtdan istifadə edir.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstan Prezidenti: "Saakaşvilinin əfvi ölkədəki vəziyyəti pisləşdirəcək"

SONRAKI XƏBƏR

Pandemiyaya qarşı ən effektiv mübarizə yolu vaksinasiyadır - TƏHLİL