Müğənninin səhlənkarlığı ona baha başa gəldi - səkkiz mənzili su basdı

Müğənninin səhlənkarlığı ona baha başa gəldi - səkkiz mənzili su basdı

Rusiyalı müğənni Rita Dakotanın məsuliyyətsizliyi səkkiz mənzilin suya qərq olmasına səbəb olub.

Milli.Az rus mediasına istinadən xəbər verir ki, qəzadan məşhur qonşuları şikayət edib. Sənətçi hadisə ilə bağlı İnstaqram hesabında izləyicilərinə məlumat verib. Dakota sevgilisi və qızı ilə birlikdə Balidə dincəlir. Moskvadakı mənzilində daşqın olduğunu dostundan öyrənib. Müğənni sosial şəbəkədə yazışmasını dərc edərək, ona vanna otağında boru qırılması barədə məlumat verildiyini deyib.

Sənətçi günahı sübuta yetirilərsə, itkiləri qonşulara ödəyəcəyinə söz verib.

Anar Əli

Mənbə: news.milli.az