Aleyna üsyan etdi - "Mənə silah verin"

Türkiyəli müğənni Aleyna Tilki pərəstişkarı onun evini taparaq qapısının önünə getdiyi üçün şikayətçi olmuşdu.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, Muhammed Erkam Akman adlı şəxs polis tərəfindən nəzarətə alındıqdan sonra sərbəst buraxılıb.

Bu səbəbdən evini dəyişən müğənni Tvitter hesabında üsyan edib:

"Məni təhdit edən, rahatlıqla evimə girən adama cəza verin, ya da mənə silah verin. Evdə yatanda da cangüdənlə yata bilmərəm. Mənim də həyatım var. Evimə balta ilə gəlməklə hədələyən adam yeni evimi tapa bilmədiyi müddət sərbəst gəzəcək? İş mənə qaldı? Mənə qalıbsa, o balta ilə edə biləcəklərimi demək istəmirəm".

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

ABŞ-ın F-35 qırıcısı dənizdə batdı, Rusiya onu ələ keçirmək üçün gəmilər göndərdi, Çin isə... (VİDEO)

SONRAKI XƏBƏR

Dr. Yaşar Nurullah: “Oxuduğum yer bıcaq gəzdirib iynə vuranların məktəbi idi” - VİDEO