“Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti" UNESCO-nun siyahısına daxil edilib – FOTO

“Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti" UNESCO-nun siyahısına daxil edilib –

Azərbaycan və Türkiyənin birgə hazırladığı “Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli mədəniyyət elementi Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi Komitəsinin 18-ci sessiyasında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Təmsilçilik Siyahısına (İCH) daxil edilib.

Bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının "X" hesabında paylaşım edilib.

Bildirilib ki, artıq Azərbaycanın Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısında 23 elementi var. Yeni əlavə olunanlar aşağıdakılardır:

- İşıq sənəti: Təzhib/Tazhib;

- İftar və onun sosial-mədəni ənənələri;

- Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti;

- Sədəf düzmə sənətkarlığı.










Mənbə: bizim.media