Latviyada II Beynəlxalq Mədəniyyət Festivalı keçiriləcək

Latviyada II Beynəlxalq Mədəniyyət Festivalı keçiriləcək

İyulun 26-27-də Latviyanın Gulbene şəhərində “İki Yuliya” adlı II Beynəlxalq Mədəniyyət Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festival Latviyanın iki məşhur tətbiqi sənət ustası Yuliya Madernieks və Yuliya Straumemin xatirəsinə həsr olunub. Festival çərçivəsində keçiriləcək elmi konfransda Azərbaycan, Latviya, Gürcüstan, İran və Rusiyadan dəvət olunmuş mühazirəçilər çıxış edəcək.

Festival 5 hissədən ibarət olacaq və hər bir hissə müxtəlif tarixi məkanda baş tutacaq. Tədbirlər sırasında sap rəngləmə, dülgərlik, yun toxuma və sairə üzrə ustad dərsləri, habelə mövzulara dair sərgilərin keçirilməsi nəzərdə tutulub.

Mənbə: www.atv.az