"Mənə dedi ki, özünə Şəbnur, Şəbtac adını qoy" - Şəbnəm Tovuzlu Şəbnəm Tapdıqdan danışdı

"Mənə dedi ki, özünə Şəbnur, Şəbtac adını qoy" - Şəbnəm Tovuzlu Şəbnəm Tapdıqdan danışdı

Tanınmış müğənni Şəbnəm Tovuzlu Şəbnəm Tapdıqdan danışıb.

BiG.AZ xəbər verir ki, ifaçı canlı yayımda Şəbnəm Tapdığın ona yazdığı mesajı açıqlayıb. O bildirib ki, ifaçı ondan adını dəyişməsini tələb edir:

"Mən Şəbnəm Tapdığın xətrini çox istəyirəm. Amma bu ad anamdan mənə xatirədir. Anam elə Şəbnəm Tapdığın adından o adı mənə verib. Şəbnəm mənə deyir ki, adını dəyiş. özünə Şəbnur, Şəbtac adlarını qoy. Ya da, Tovuzlu Şəbnəm deyə səni təqdim etsinlər".

Şahidə Tapdıq

Mənbə: big.az