Xalq artisti Eminin Bakı konsertində övladları ilə GÖRÜŞDÜYÜ ANLAR - VİDEO

Xalq artisti Eminin Bakı konsertində övladları ilə GÖRÜŞDÜYÜ ANLAR -

Xəbər verdiyimiz kimi, bu axşam Xalq artisti Emin Ağalarov ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında canlı solo konsert proqramı ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, sənətçi musiqili gecədə bildirib ki, onu seyr etməyə gələn tamaşaçılar sırasında ailə üzvləri, yəni övladları da yer alıb.

Hitlərini arda-arda ifa edən Emin pərəstişkarlarına yaxın olmaq üçün səhnədən zala enib.

Sevənləri ilə şəkil çəkdirən sənətçi zalda əyləşən əkiz övladları Əli və Mikayılın yanına gələrək, onları öpüb.
Emin Ağalarovun konsertdə uşaqları ilə görüşdüyü anları sizə təqdim edirik:
 


 

Mənbə: bizim.media