Amerikaya köçən Rüfət “Amazon”da işə başladı

Amerikaya köçən Rüfət “Amazon”da işə başladı <span class="qirmizi"></span>

Amerikaya köçən keçmiş aparıcısı Rüfət Ağayev yeni işə düzəlib.

Bizim.Media xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkə hesabında məlumat verib.

Rüfət kostyumda selfisini çəkərək dünyaca məşhur onlayn alış-veriş şirkəti “Amazon”da işə başladığını elan edib.

“Yeni yaş, yeni iş, eyni şəhər. Zarafat bir yana, bu yeni səyahətə başlamaq üçün həyacanlıyam”, - o, paylaşdığı şəkillərə yazıb.

Qeyd edək ki, Rüfət Ağayev uzun müddət ATV kanalında həm radio, həm də televiziya aparıcısı kimi çalışıb. Sonuncu dəfə isə o “V Element” verilişində aparıcılıq edib.

Rəşad Əliyev, Bizim.Media









Mənbə: bizim.media