İşsiz qalan azərbaycanlı model: "CV göndərdim, baxan olmadı" - FOTO

İşsiz qalan azərbaycanlı model: <span class="qirmizi">"CV göndərdim, baxan olmadı" - FOTO</span>

Azərbaycanlı model Rüstəm Cəbrayılov uzun müddətdir işsizdir.

BAKU.WS xəbər verir ki, o, bir neçə yerə iş üçün CV göndərsə də, müraciətinə baxılmayıb. Model bu haqda sosial şəbəkə hesabında bildirib:

"Daimi iş axtarıram. Bir çox yerə CV göndərdim, baxan olmadı. Sahənin fərqi yoxdu. Əlimdən çox iş gəlir. Bildiyiniz yer varsa xəbər edin".

Qeyd edək ki, Rüstəm Cəbrayılov bu günə qədər bir sıra model yarışmaların qalibi olub.

Mənbə: baku.ws