Axtarışa verilən Afət Fərmanqızı ölkədən getdi - VİDEO

Axtarışa verilən Afət Fərmanqızı ölkədən getdi -  <span class="qirmizi">VİDEO</span>

Axtarışa verildiyi deyilən müğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib.

Lent.az xəbər verir ki, o, öz “Instagram” hesabında hava limanından paylaşım edib.

Belə ki, müğənni sosial şəbəkədə bunları yazıb:

“Mən həyat yoldaşımın yanına uçuram. Bəbişimlə uçuram, həkimim bizi gözləyir".

Ötən gün isə sosial şəbəkə hesabında “İşlərimlə bağlı Rusiyaya getməliyəm. Axtarışda olan adam xaricə gedə bilər?”, - deyə müğənni izləyicilərinə sual ünvanlamışdı.

Xatırladaq ki, Xalq artisti, tanınmış sənətçi Flora Kərimova ilə arasında olan məhkəməyə dəfələrlə gəlməyən müğənni bir neçə gün əvvəl axtarışa verildiyi qeyd olunub.

Mənbə: lent.az