Azərbaycanlı aktrisa xəstəxanaya yerləşdirildi - Sinəsində şiş AŞKARLANIB

Azərbaycanlı aktrisa xəstəxanaya yerləşdirildi - Sinəsində şiş AŞKARLANIB<span class="qirmizi"></span>

“Şəkərim yüksəkdir, hazırda xəstəxanadayam”.

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qocaman və məşhur aktrisası Məsumə Babayeva deyib.

Bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində insult keçirdiyini açıqlayan aktrisa səhhəti ilə bağlı bunları deyib:

“Mən uzun illərdir ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. Sinəmdə şiş aşkarlanıb. Təcili əməliyyat olunmalıyam. Amma əməliyyata girmək üçün şəkərim aşağı salınmalıdır. Bu səbəbdən xəstəxanaya gəlmişəm. Endokrinoloq qəbulundayam. Ümid edirəm ki, tezliklə əməliyyat olunub, yenidən sağlamlığıma qovuşacağam”.
 

Mənbə: bizim.media