Nadirə yalnız bu ölkə tamaşaçısı səs verib - RƏSMİ

Nadirə yalnız bu ölkə tamaşaçısı səs verib - <span class="qirmizi">RƏSMİ</span>

“Avroviziya”nın rəsmi saytı yarımfinallar və final üzrə səsvermələrin nəticələrini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan təmsilçisi Nadir Rüstəmlinin iştirak etdiyi ikinci yarımfinalda aşağıdakı ölkələrin peşəkar münsif heyəti səs verib:

- İspaniya – 12 xal;

- Almaniya – 10 xal;

- Serbiya – 8 xal;

- Böyük Britaniya – 8 xal;

- Finlandiya – 7 xal;

- Kipr – 6 xal;

- Estoniya – 6 xal;

- İsveç – 5 xal;

- Çernoqoriya – 5 xal;

- Malta – 4 xal;

- Çexiya – 4 xal;

- Gürcüstan – 4 xal;

- San-Marino – 4 xal;

- Avstraliya – 3 xal;

- Polşa – 3 xal;

- Rumıniya – 3 xal;

- Belçika – 3 xal;

- Şimali Makedoniya – 1 xal.

Mayın 14-də baş tutan finalda N. Rüstəmliyə bu ölkələrin peşəkar münsif heyəti səs verib:

- İspaniya – 12 xal;

- Serbiya – 12 xal;

- Yunanıstan – 12 xal;

- Kipr – 10 xal;

- San-Marino – 7 xal;

- İsveç – 7 xal;

- Böyük Britaniya – 7 xal;

- Almaniya – 6  xal;

- Ukrayna – 5 xal;

- Şimali Makedoniya – 4 xal;

- Finlandiya – 3 xal;

- Estoniya – 3 xal;

- Bolqarıstan – 3 xal;

- Albaniya – 3 xal;

- Belçika – 3 xal;

- Malta – 2 xal;

- Avstraliya – 2 xal;

- Moldova – 1 xal;

- Çernoqoriya – 1 xal.

Peşəkar münsif heyəti N. Rüstəmlinin çıxışını toplam olaraq 103 xalla qiymətləndirib.

Tamaşaçı səsverməsində isə təmsilçimiz 3 xal toplayıb. N. Rüstəmliyə yalnız Gürcüstan tamaşaçıları səs verib.

N. Rüstəmli 106 xalla 16-cı yerdə qərarlaşıb.

 


Mənbə: qafqazinfo.az