"Bütün dünya düşünürdü ki, Ukrayna qalib olacaq"

"Bütün dünya düşünürdü ki, Ukrayna qalib olacaq"<span class="qirmizi"></span>

“Bilirdim ki, münsiflər səsə qiymət verəcək. Hansı ölkənin nə qədər xal göndərəcəyini təxmin etmirdim. Məsələn, Yunanistandan 12 xal gözləmirdim. Serbiya da ağlıma gəlmirdi. İspaniyadan ümumiyyətlə gözləmirdim. Gürcüstandan isə xal gözləyirdim. Məsələn, məndən də soruşdular ki, Gürcüstan sizin qonşunuzdur, niyə bal vermədi?”.

 

Primetime.az az xəbər verir ki, bu sözləri “Avroviziya - 2022” təmsilçimiz Nadir Rüstəmli yarışmadan sonra ilk dəfə açıqlamasında deyib. Turindən Bakıya qayıdan sənətçi hava limanında “12 xal”ın suallarını cavablandırıb. Təmsilçimiz ölkəmizin və digər 5 ölkənin münsif səsverməsindən çıxarılmasından da söz açıb:

 

“Eşitdim ki, 6 ölkənin səsi ləğv olunub. Bəlkə də, qalib olmuşuq, xəbərimiz yoxdur (gülür). Bütün dünya düşünürdü ki, Ukrayna qalib olacaq. Açığı mahnıları xoşuma gəlir. Onların qalibiyyətinə pis olmadım. Favoritlərimdən biri Böyük Britaniya, digəri İspaniya idi. İsveç isə favoritlərim sırasında deyildi. Moldovadan gözləmirdim ki, xalqdan elə çox səs toplasın. Sonra düşündüm ki, hərəkətli mahnı olduğu üçün belə olub. Belçika və İsveçrə məyus olduqlarımdan idi. İkisinin də mahnısını və səsini çox bəyənirdim. Amma demək olar mənimlə eyni sıralarda yer aldı”.

Mənbə: primetime.az