Mayk Tayson yeni filmə çəkiləcək

 

Bakı, 17 may, AZƏRTAC

Dünyaşöhrətli idmançı Mayk Tayson tibb işçilərindən bəhs edən "Qara milçəklər" ("Black flies") adlı filmdə rol alacaq.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, ekran işi Şennon Berkin eyniadlı romanının əsasında çəkiləcək. Filmdə Nyu-York tibb işçilərindən və bu peşənin onların həyatına necə təsir etdiyindən bəhs edilir.

Ekran işinin rejissoru Jan-Stefan Sover olacaq. O, “Qaydasız döyüş”, “Conni” və digər başqa filmlərilə tanınıb.

Filmdə Mayk Taysonla yanaşı Şon Penn və Tay Şeridan da çəkiləcək.

Qeyd edək ki, M.Tayson bu filmdə əsas rolu canlandıracaq. Bu M.Taysonun filmdə ilk rolu deyil, o, indiyə kimi bir çox başqa film və seriallarda da rol alıb.

"Qara milçəklər" filminin nə vaxt təqdim olunacağı hələ açıqlanmayıb.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

4 ayda 15,2 milyon maska istehsal edildi

SONRAKI XƏBƏR

Erməni əsilli rus vətəndaşlar İrəvana axışır, Ermənistan onları etnik ruslar kimi təqdim edir...