Övladını itirən Britninin bu paylaşımı qınanıldı - VİDEO

Övladını itirən Britninin bu paylaşımı qınanıldı - VİDEO<span class="qirmizi"></span>

 

Cəmi bir ay əvvəl dünya pop ulduzu Britni Spirs üçüncü dəfə ana olacağını açıqlamışdı. Bununla belə, ötən həftə sonu hamiləliyin erkən mərhələsində uşağını düşürdüyünü açıqlayıb. Cütlük pərəstişkarlarından və ictimaiyyətdən onları müvəqqəti olaraq tək buraxmağı və faciədən sağalmaq üçün vaxt vermələrini xahiş edib.

Bizim.Media xəbər verir ki, cəmi bir neçə gün sonra Britni sükutu pozaraq sosial şəbəkə hesabında heç nə olmamış kimi çimərlikdə yarıçılpaq videosunu paylaşıb.

“Malibu xilasedicisi kimi çimərlikdə qaçarkən seksual olmağa çalışmaq”, - deyə pop ulduz yazıb.

Qeyd edək ki, son vaxtlar sosial media əhli onun psixi durumu ilə bağlı ciddi narahatlıq keçirdiklərini yazıblar. Bəzi izləyicilər isə bunu qeyri-sağlam davranış kimi qiymətləndirir və Britninin tibbi yardıma ehtiyacı olduğunu qeyd ediblər.

Rəşad Əliyev, Bizim.Media
 

 

Mənbə: bizim.media