Həyat yoldaşına minnətdar olan əməkdar artist

Həyat yoldaşına minnətdar olan əməkdar artist<span class="qirmizi"></span>

"Həyat yoldaşım olmasaydı, indi burada deyildim".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elton Hüseynəliyev "Həmin Zaur" prqoramında deyib. Xanımından danışan müğənni Onun sənətində ona olan dəstəyindən söz açıb:

"Həyatda bir arzum var? Allah günahlarımı bağışlasın. Mənim üçün sevginin meyarı yoxdur. Dünyanın səbəbi sevgidir. Həyatımda "qırmızı xətt" çoxdur. İnsan həddini aşmamalıdır".

Şair Nazilə Səfərlinin oğlunun toyunda ifa edən ifaçı oradan qonorar almadığını deyib.

Qeyd edək ki, Elton prodüser Tamilla Hüseynəliyevlə ailəlidir. Cütlüyün iki qız övladı var.

Mənbə: news.milli.az