"Siz ərə gedin, xoşbəxt olun, mən istəmirəm"

"Siz ərə gedin, xoşbəxt olun, mən istəmirəm"<span class="qirmizi"></span>

Müğənni Səidə Sultan həmkarı Niyam Salaminin ona bir vaxtlar evlilik təklif etməsi haqda açıqlama verib.

OLAY yazır ki, bu barədə o, "Şourum" verilişinə danışıb.

Səidə deyib ki, bu, şou xarakterli bir addım idi:

"Yola verirdik də, şou idi. Mənə dost kimi təklif etdi ki, istəyirsənsə, belə bir şey olsun, sənin üçün də yaxşı olar. Dedim, yox. Niyam qardaşımdır, o gözlə baxmamışam. Mənə yalandan ərə getmək lazım deyil. Yoxsa bu gün də gedərəm Camaata görə evlənmək istəmirəm. Siz gedin xoşbəxt olun, mən getmirəm. Şou-biznesdə bəyəndiyim bəy yoxdur. Onlara o gözlə baxmıram. Hamısı mənim "qədeş"imdir. Ayıb olar. İndi fikrim ancaq yaxşı mahnılar üzərində işləməkdir. Toyxana, bozbaş mahnılarından çıxaq. Hamısı gəlir, çıqqa-çıqqa oxuyur ki, toy tutsun. Yaxşı mahnılar seçin".

 

 

Mənbə: big.az