Orduya pul yığmaq üçün Avropaya gedirlər

Orduya pul yığmaq üçün Avropaya gedirlər<span class="qirmizi"></span>

Ukraynanı Avroviziya-2022 mahnı müsabiqəsində qalib edən "Kalush Orchestra" qrupu Avropa turuna çıxır.

Milli.Az olay-a istinadən xəbər verir ki, onlar Ukrayna ordusu üçün pul toplamaq üçün belə bir addım atacaq.

Qeyd edək ki, qrupun solisti Oleh Psiuk müsabiqədə qazandığı Kristal mikrofonu hərraca çıxaracaqlarını bildirmişdi.

Milli.Az

Mənbə: news.milli.az