Azərbaycan gözəli: "Paxıl insanların tənqidini nəzərə almıram"

Azərbaycan gözəli: "Paxıl insanların tənqidini nəzərə almıram"<span class="qirmizi"></span>

Builki "Miss & Mister Azerbaijan 2022" yarışmasının qalibi Nurlana Vəliyevanın Ölkə.Az-a müsahibəsini təqdim edirik.

- Əvvəlcə qalibiyyətinizə görə sizi təbrik edirik. Təəssüratlarınızı öyrənmək istəyirdik. Azərbaycan gözəli seçilmək sizə özünüzü necə hiss etdirir?

- Qalib olandakı hissləri sözlə ifadə etmək mümkün deyil, elə bil nağıllar aləmindəyəm. Sevinirəm ki, bu nağıl deyil.

- Neçə ildir model kimi fəaliyyət göstərirsiniz? Modelliklə bağlı böyük hədəfləriniz varmı? Varsa nələrdir?

- 16 ildir ki, modellik fəaliyyəti ilə məşğul oluram. Bundan əlavə, idmanla məşğul olmuşam. Oxatma üzrə dəfələrlə Bakı və Azərbaycan çempionu olmuşam. Daha sonra tüfəng atıcılığı ilə məşğul olmuşam. Azərbaycan millisinin üzvü kimi çıxış etmişən.

Birinci Avropa Oyunlarında iştirak etdim və eyni zamanda modellik karyerasına başladım, çünki bu mənim xoşuma gəlir. Özümü bu sahədə görürəm və bu mənə zövq verir. Hələ ki, layihələrimi paylaşa bilmirəm, amma özünüz görəcəksiniz.

- Necə oldu ki, müsabiqəyə qatılmağa qərar verdiniz?

- Mən hələ 2020-ci ildə müsabiqədə iştirak edəcəkdim. Kastinqlərin çox vaxt apardığını gördüm. O vaxt magistraturaya hazırlaşırdım. Müsabiqədən imtina etmək qərarına gəldim. Bu il idman jurnalistikası üzrə magistratura pilləsini ingilis dilində bitirdim və müsabiqəyə qayıtmaq qərarına gəldim.

- Sizin dünya şöhrətli modellər və ya müğənnilər arasında kumiriniz kimdir? Kimi ideal gözəl hesab edirsiniz?

- Kumir deyə bilmərəm, amma bir çox tanınmış modelləri bəyənirəm. Məsələn, Bella Hadid. İnternetdə paxıl insanların köhnə və indiki fotolarını müqayisə etdiyi və qınadığı bir çox fotolarını da tapa bilərsiniz. Onun açıq-aydın rinoplastika etdiyi yazılıb. Düşünürəm ki, indi qızların özlərini təbii olaraq gözəl və vulqar görünməməsi üçün yaxşılığa doğru dəyişməsi başadüşüləndir.

- Bəs siz özünüz hansısa estetik və ya plastik müdaxilə etdirmisinizmi?

- Rinoplastika əməliyyatı etdirdiyimi gizlətmirəm. Çünki oxatma zamanı burnum zədələnmişdi və nəfəs almaqda çətinlik çəkdiyim üçün əməliyyata qərar verdim. Bunu gizlətmək fikrində deyiləm.

Keçid dövründə, insan orqanizminin formalaşdığı bir vaxtda çox az adam gözəlliyi ilə öyünə bilər. Ona görə də kiminsə uşaqlıq fotolarını yerləşdirmək, şərhlər paylaşmağı axmaqlıq hesab edirəm.

- Bildiyim qədərilə həm də televiziyada aparıcısınız...

- Dediyim kimi, bu il idman jurnalistikası üzrə magistratura pilləsini ingilis dilində bitirmişəm. Hazırda ixtisasım üzrə işləyirəm və SBS Azərbaycan kanalında rus dilində idman verilişi aparıram. Hətta şahmat oynamağa da vaxt tapıram.

- Hər il olduğu kimi istər-istəməz “Miss Azerbaijan”ın qalibləri barədə sosial şəbəkələrdə tənqidlərə rast gəlirik. İnsanların barənizdə yazdığı tənqidlərə münasibətiniz necədir, sizi narahat etmir ki?

- Sosial şəbəkələrdə nifrət edənlərin tənqidi məni qıcıqlandırmır, gərginliyim yoxdur. Ətrafdakı hər şeydən güc alıram - bu, təbiətdir, insanlardır, atmosferdir, mühitdir, hətta binalar belə insana ilham verə bilər. Mən nəticə əldə edən insanlardan ilham alıram, bu, məni həvəsləndirir, arzularıma nail olmağa imkan verir. Mən artıq xoşbəxtəm, nəsə etmək istəyirəm. Hisslərimi başa düşmək üçün bunu yaşamalısınız.

Sosial şəbəkələrdə paxıl insanların tənqidini nəzərə almıram, yaxşısını qəbul edirəm, pis olanları heç oxumuram. Özünə hörmət edən layiqli insanların fikri mənim üçün önəmlidir.

Düşünürəm ki, mənfi cəhətlər çox vaxt şəxsi paxıllıq komplekslərindən, diqqətsizlikdən və ya gerçəkləşməmiş xəyyalardan yaranır. Nəhayət, demək istəyirəm ki, özünüzü inkişaf etdirin və hər şey hər kəs üçün nəticə verəcək.

Söhbətləşdi: Billurə Yunus

Mənbə: olke.az