Pişiklərə qeyri-adi QADAĞA: Avqustun sonunadək...

Pişiklərə qeyri-adi QADAĞA: Avqustun sonunadək...<span class="qirmizi"></span>

Almaniyanın cənub-qərbindəki Valdorf şəhərində pişiklərə çölə çıxma qadağası qoyulub.

Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu qadağa nadir görünən quşların mövsümü olduğu üçün qüvvədədir.

Aidiyyəti qurumlar avqustun sonuna kimi pişikləri evdə saxlamağı tapşırıb.

Qərar şəhərin cənub hissəsindəki bütün pişiklərə tətbiq olunacaq və üç il ərzində mövsümi olaraq daim təkrarlanacaq.

Aysel Quliyeva

Mənbə: sonxeber.az