Azərbaycanın “Avroviziya”da səsləri niyə ləğv edilib? - Səbəb açıqlandı

Avropa Yayım Birliyi (EBU) 6 ölkənin münsif səslərinin ləğv olunması ilə bağlı açıqlama verib.

Bildirilib ki, buna səbəb 6 ölkənin münsiflərinin bir-birini öz sıralamalarında “TOP 5”də qeyd etməsidir.

Təşkilatçılar bunu münsiflər arasında xal transferi olaraq qəbul edib və müsabiqə qaydalarına zidd olduğu üçün xallar sıfırlanıb.

AYB ölkələrə öz münsif heyətləri ilə məsələni tədqiq etməyə imkan yaratdığını əlavə edib.

Qeyd edək ki, “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi 6 ölkəni - Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San-Marinonu münsiflər heyətindən çıxarıb. Buna münsiflər heyətinin səsverməni manipulyasiya etməkdə şübhəli bilinən cəhdləri səbəb göstərilib. Bu səbəbdən AYB altı ölkədən münsiflər heyətinin səslərini etibarsız sayıb.







Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Müəllim olmaq istəyən qazi - VİDEO

SONRAKI XƏBƏR

"Azəriqaz"ın sakinlərdən qanunsuz TƏLƏBİ - FOTOFAKT