“Ailə dağıtmaq üçün qapıma gələn məşhurlar olub” – Tanınmış ekstrasens

Parapsixoloq, ekstrasens Həsən Həsrətli Lent.az-ın canlı efirində ona müraciət edən məşhurlardan danışıb.

Lent.az-ın məlumatına görə, ektrasens vurğulayıb ki, onun qəbuluna düşmək istəyən çox məşhur olub. O, “ən çox nəyə görə müraciət edirlər?” sualına cavabında isə deyib:

“Müraciət edən çox məşhur həmişə olub, amma mən qəbul etməmişəm. Hamısı bir-birinin evini dağıtmaq, pislik etdirmək üçün gəliblər. Mənim adım vaxtilə qara magiya ilə məşğul olan adam kimi hallanıb deyə müraciət edirdilər. Efirdə mənlə dalaşan insanlar gəlib deyirlər ki, qurban olum, filan problemimi həll elə. Misal üçün, qadın gəlir bacısının ərini özünə bağlamaq istəyir, bacı gəlir, bacısının qızının bəxtini bağlatmağa... Çox şeylər üçün gəliblər. Həmin adamları qapımdan qovmuşam. İnsanlara belə şeylərdən uzaq olmağa çağırmışam. Çünki, nə qədər belə şeylər etsəniz, gec-tez qarşınıza çıxacaq”.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Baş Qərargah: "Rusiyanın Donbasda 14 hücumunun qarşısı alınıb"

SONRAKI XƏBƏR

“Ünvanlı sosial yardım dayandırılsın, uşaq pulu verilsin” - Deputat