Röya Ayxan onlarla mahnı oxuyub və rəqs etdi - VİDEO

Xalq artisti Röya Ayxan xeyirxah addımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, ötən gün estrada ulduzu Autizm Mərkəzində olub.

İfaçı orada autizmli uşaqlar və gənclərlə görüşüb. O, mərkəzlə tanış olub, uşaqların tədrisi ilə yaxından maraqlanıb. Xalq artisti onlarla birgə vaxt keçirib, mahnı oxuyub və rəqs ediblər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 30 dekabr 2021-ci ildə yeni binası qurulan və ölkəmizin birinci Vitse Prezidenti hörmətli Mehriban xanım Əliyevanın açılışını etdiyi Autizm Mərkəzimizdə sayısı 80-ə qədər olan 0-25 yaşlı autizmli şəxslər intensiv terapiyadan faydalanır.

BAKU.WS

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Məşhur fotojurnalist Reza Deqati Şuşadan foto paylaşıb

SONRAKI XƏBƏR

Azərbaycanda tanınmış jurnalist vəfat etdi - FOTO