Bəhram Bağırzadə videosuna görə TƏNQİD EDİLDİ

Bəhram Bağırzadə videosuna görə <span class="qirmizi">TƏNQİD EDİLDİ</span>

Əməkdar artist Bəhram Bağırzadənin paylaşdığı video narazılığa səbəb olub.

OLAY yazır ki, sənətçi fiziki əngəlli bir şəxsin “çəkmə, lazım deyil, başına dönüm” etirazına baxmayaraq ona suallar verməyə və görüntüyə almağa davam edir. Həmin şəxs isə gözləri yaşararaq sualları cavablandırır.

Bağırzadənin bu videosu birmənalı qarşılanmayıb. Onlarla insan komediyaçını tənqid edib, hətta şərh bölümündə Daxili İşlər Nazirliyini işarələyərək bir şəxsin iradəsinə zidd olaraq videoçəkiliş aparılmasına hüquqi qiymət verilməsini tələb ediblər.

Etirazlardan sonra B.Bağırzadə videonu sosial şəbəkə hesablarından silib.

Mənbə: gundem.az