“The Economist”in qorxulu üz qabığı dünya gündəmində

“The Economist”in qorxulu üz qabığı dünya gündəmində<span class="qirmizi"></span>

Dünyaca məşhur “The Economist” dərgisinin sonuncu sayında istifadə etdiyi üz qabığı dünya gündəminə düşüb.

“Qafqazinfo” xəbər verir ki, dərginin “The coming food catastrophe” (“Yaxınlaşan qida fəlakəti”) sərlövhəsi buğda sünbülü fonunda üz qabığında əksini tapıb.

Ancaq illüstrasiyada sünbülün üzərindəki buğda dənələri kəllələr şəklində təsvir olunub.

“Rusiyanın Ukraynaya təcavüzü həssas dünyanı kütləvi aclığa sürükləyir. Dövlətlər birlikdə hərəkət etmədikcə qıtlıq və kütləvi aclıq baş qaldıracaq”, - dərginin sosial şəbəkə hesabında bildirilib.

Qeyd edək ki, dərgi 2019-cu ildə - hələ COVID-19 ortaya çıxmamışdan əvvəl pandemiyanı qapaq şəklinə çıxarmışdı. Əvvəlki illərdə qapaq fotoları ilə gələcəkdə olacaq hadisələri təxmin edən dərginin son qapağı dünyada müzakirələrə səbəb olub.

Mənbə: qafqazinfo.az