Lev Tolstoy fiziki yaxınlığa aludə, Dostoyevski qumarbaz, Blok zinakar, Bunin eşqbaz olub...

Lev Tolstoy fiziki yaxınlığa aludə, Dostoyevski qumarbaz, Blok zinakar, Bunin eşqbaz olub...<span class="qirmizi"></span>

Lev Tolstoy fiziki yaxınlığa aludə, Dostoyevski qumarbaz, Blok zinakar, Bunin eşqbaz olub...

Rus yazıçıları öz həyat yoldaşlarını necə ələ salıblar...

 

Orta məktəbdə ədəbiyyat dərslərində bu barədə danışılmır. Çox güman ki, klassik yazıçıların nüfuzuna xələl gətirmək istəmirlər. Digər tərəfdən isə onların gerçəkdən necə olduqlarını bilmək daha maraqlıdır.

 

Moderator.az xəbər verir ki, bunu "Rambler" nəşri araşdırıb.

 

Lev Tolstoy

 

Lev Tolstoy mənəviyyat və fəzilət sahibi hesab edilir. Nəyin yaxşı və pis, nəyin nəzakətli və ədəbsiz olması barədə o, özünün "Uşaqlıq. Yeniyetməlik. Gənclik" avtobioqrafik trilogiyasında fikir yürüdüb.

 

Lev hörmətli bir ailənin yaxşı övladı olub. Amma həyat yoldaşı Sofya ilə münasibətlərində özünü gözlənilməz xüsusiyyətləri ilə büruzə verib.

 

O, hesab edib ki, ərlə arvad arasında sevgi münasibətlərinə yalnız uşaqların dünyaya gəlməsi ilə haqq qazandırmaq olar. Bu zaman fiziki yaxınlıqdan uzun zaman çəkinməyi qəbul etməyib və cütlüyün birgə yaşadığı 13 il həyat yoldaşı üçün büsbütün hamilə olması ilə yadda qalıb, fasilələr isə doğuşla bağlı olub.

Onların ailəsində 13 uşaq dünyaya gəlib.

 

Bundan sonra Tolstoy fəlsəfəyə baş vurub və gündəlik işlərlə qətiyyən maraqlanmayıb. Ev ilə əlaqədar bütün qayğılar həyat yoldaşının çiyinlərinə düşüb.

 

O, həmçinin sərgərdan və dilənçiləri qəbul edib, onlara yemək verib. Təbii ki, bütün bunlar həyat yoldaşının xoşuna gəlməyib, çünki bütün əndazələri aşıb.

 

Fyodor Dostoyevski

 

Tolstoyun məşhur opponenti olan yazıçı özü də ideal ər olmayıb. Həyat yoldaşı Anna onu çox sevib, təkcə ərinin düçar olduğu epilepsiya xəstəliyi ilə deyil, onun qumar oyunlarına olan hərisliyi ilə də barışmalı olub. Dostoyevski hər şeyini uduzanda belə, yenə vərdişindən əl çəkə bilməyib.

 

Aleksandr Blok

 

Özünün gələcək həyat yoldaşı Lyubov Mendeleyeva ilə Aleksandr gənc yaşlarında tanış olub. Sonradan onlar evlənib, lakin Lyubovu o, yalnız gözəl xanım kimi qəbul edib, amma böyük və işıqlı hissini korlamamaq üçün o, başqa qadınlarla yatmağa üstünlük verib. Sonucda həyat yoldaşı öz zinakarına daha dözümlü yanaşmağı öyrənməyə məcbur olub. Onların münasibətləri isə məşuq və məşuqələrdən ibarət qəribə çoxbucaqlını xatırladıb.

 

İvan Bunin

 

Bunin hesab edib ki, yaradıcılıq və ilham üçün yazıçı iztirab keçirməlidir, bu prosesə o, həyat yoldaşı Veranı da cəlb edib. Vera onun kənarda çoxsaylı sevgi münasibətlərinə, həmçinin onun snobizminə (özünü aristokratlara oxşatma) və yaxınlarının hisslərinə etinasız münasibətinə dözməli olub.

 

Bir dəfə o, öz rəfiqəsini evə gətirib, onun da burada yaşayacağını deyib.

 

Söhbətlərin birində isə Bunin həyat yoldaşını necə sevməyi anlamadığını söyləyib və deyib ki, bu, öz əlini sevməyə bənzəyir.

Mənbə: moderator.az