“Mən o tərəf müqabilləri ilə çəkilə bilmərəm, nə mən, nə də İlham intriqalara qarışmırıq...”

“Mən o tərəf müqabilləri ilə çəkilə bilmərəm, nə mən, nə də İlham intriqalara qarışmırıq...”<span class="qirmizi"></span>

“Mən o tərəf müqabilləri ilə çəkilə bilmərəm, nə mən, nə də İlham intriqalara qarışmırıq...”

““Ümumiyyətlə “oynamaq” sözündən xoşum gəlmir. Nərd, domino, şahmat oynayarlar. Aktyor oynamır, yaşayır, yaradır, yaşadır. Həyatda olmayan insanı ekrana, səhnəyə çıxarır, 2-3 saat səhnədə gəzdirir. Bir Allah insan yaradır, bir də bu iş aktyora həvalə olunur. Ona görə də “oynamaq” sözünü ixtisara salmaq lazımdır”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Cəfər Namiq Kamal deyib. O daha sonra qardaşı, xalq artisti İlham Namiq Kamaldan danışıb.

“Biz İlhamla mehriban qardaşlarıq. Arada heç bir inciklik olmayıb. Bölüşdürülməli bir şeyimiz yoxdur ki, onun üstündə dava edək. Ancaq mehribançılıqdır, ikimiz də bu sənətə bağlı insanlarıq. Başımızı aşağı salıb öz işimizlə məşğul oluruq. Heç bir intriqalara qarışmırıq, bu barədə İlham da belədir, mən də” deyə sənətkar bildirib.

 

Cəfər Namiq Kamal müasir dövrdə çəkilən seriallardan da danışıb.

 

“Rejissor yaxşı olarsa, filmlərimiz də, seriallarımız da gözəl olacaq. O vaxt “Soy” prodakşının layihəsi olan “3 bacı” serialında çəkiləndə hər şey qaydasında idi. 2 il işlədik, heç bir narazılıq olmadı. Paltarlar da tikilirdi, ssenaris də güclü idi, qrimyorlar da peşəkar idi. Özümüz də imkan tapdıqca əlavələrimizi edirdik. Rejissor da çox istedadlı idi. İndi seriallar yavaş-yavaş zəifləyir. O vaxt hər şey yerli yerində idi. Ondan sonra 1-2 serial təklifi olub, hələ ki, məni qane etməyib. Serial, film kollektiv sənətdir. Bəzən rejissor elə tərəf müqabili yığır ki, sən istəmirsən onlarla birlikdə çəkiləsən. Tərəf müqabili aktyor üçün çox önəmlidir. Aktyor gərək tərəf müqabilindən müsbət enerji alsın. O olmayandan sonra mümkün deyil. Mən belə başa düşürəm. Yəqin ki, bütün bunların hamısı düzələcək. O ki, qaldı qonorara... O vaxt ki, qonorara çatan qonorar yoxdur. Vəsait haqqında danışmıram, təklif edirlər, bəyənirəmsə razılaşıram, bəyənmirəmsə imtina edirəm. Alış-veriş edib, demirəm ki, azdır, ya da çoxdur. Şükür bu günümüzə, nə mən, nə də ki, İlham ağlayan aktyorlardan olmamışıq. Hər ikimiz prezidentin fərdi təqaüdçüsüyük” deyə xalq artisti bildirib.

Mənbə: moderator.az