Roza Zərgərlinin ayağına protez qoyulacaq - VİDEO

Roza Zərgərlinin ayağına protez qoyulacaq - VİDEO<span class="qirmizi"></span>

 

"Səhhətimdə ciddi problemlər var".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli aparıcısı olduğu "Tam vaxtıdır" gecə şousunda deyib.

Sənətçi tezliklə əməliyyat yolu ilə ayağına protez qoyulacağını açıqlayıb.

"6 ildir ki, səhhətimdəki bu problemi həll etməyə çalışıram. Daha əvvəl "liposaksiya" əməliyyatı keçirdim. Söylədilər ki, bədən şəkilləndirmə əməliyyatı keçirib. Amma heç bir plastik əməliyyatdan söhbət getmirdi. Sağ ayağımda problem olduğuna görə, protez qoyulmalı idi. Bu əməliyyatı keçirmək üçün zamanı həkimimlə uzatdım. Çəkimı azaltmaq üçün arda-arda "liposaksiya", kök hüceyrə əməliyyatları keçirdim".

Verilişin gedişatında R.Zərgərli onun arxasınca xoşagəlməz sözlər danışanlara qarğış edib.

"Həftə içi 5 gün veriliş aparıram, amma çəkdiyim ağrıları heç kim bilmir, başa düşmür. Hətta o ağrı sinirlərə toxunur və insan danışa belə bilmir. Başlayırsan kəkildəməyə. Sonra da mənim üçün deyirlər ki, pəltək çıxıb veriliş aparır. Haqqımda danışanlara deyirəm ki, Allah sizə mənim çəkdiyim ağrıları və bədən qüsurunu yaşatmasın. Amma yaşatsa, o pis dilinizə və ürəyinizə görə yaşadır".

Rəşad Əliyev, Bizim.Media
 

Mənbə: bizim.media