“İnsan güzgüyə baxmasa, çox səhvlər edər və xəcalətini çəkər...”

“İnsan güzgüyə baxmasa, çox səhvlər edər və xəcalətini çəkər...”<span class="qirmizi"></span>

“Xalqımıza ancaq gözəl günlər arzu edirəm. Bu gün doğum günümü çox yüksək səviyyədə keçirirəm. Kəndimizə gəlmişəm və manqal maşından sizinlə danışıram. Doğmaların arasındayam, Allahın bu gününə şükür ki, bu ömrü, sənəti, səsi, məhəbbəti bizə bəxş edib”

 

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Zakir Əliyev deyib. Xanəndə insanın yaşa dolmasıyla bağlı öz fikirlərini səsləndirib:

 

“İnsan yaşa dolu, yaşlanır, mənim üçün yaş anlayışı var. Ola bilər ki, bunu qəbul edən də var, etməyən də. Güzgüyə baxmasan, elə bilirsən ki, ruh cavan olduğuna görə hər hansı bir hərəkəti yenə edə bilərsən. Amma bir də görürsən ki, insan bunu hiss etmir və sonradan bunun xəcalətini çəkir. İnsan yaşlandıqca, gözünün nuru gedir, bədəndə ağrılar başlayır. Səhər duranda başqa cür, axşam başqa cür özünü hiss edirsən. Məncə, bunlar hamısı yaşın əlamətləridir”.

 

Z.Əliyev efirlərdə iştirak etdiyi verilişlərdən də danışıb:

 

“Efirlərdə kifayət qədər görünürəm. Əgər o verilişdə özümü görürəmsə, gedirəm. Orda iştirak edən qonaqlara da önəm verirəm. Əslində verilişdə olmaq insana müsbət enerji verir. Bəzən özünü yaxşı hiss etmədiyin üçün verilişə getmək istəmirsən və müxtəlif bəhanələr gətirirsən. Amma bir də görürsən ki, deyirlər müəllim, gəl, vallah veriliş yaxşı olacaq. Gedirsən və görürsən ki, yaxşı oldu, əhvalın düzəldi. Onda deyirsən ki, nə yaxşı efirə gəldim. Diqqətiniz üçün sizlərə də minnətdaram”.

 

Vasif Əlihüseyn

Mənbə: moderator.az