Mətanət Əsədovanı sevgilisindən cadu ilə ayırmaq istədilər: "Öldüyü yerdə ölsün" – VİDEO

Mətanət Əsədovanı sevgilisindən cadu ilə ayırmaq istədilər: "Öldüyü yerdə ölsün" – VİDEO<span class="qirmizi"></span>

 

"Mən eşq qadınıyam. Şərab dolu bir xanımam".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Şəxsi həyatını hamıdan gizli saxlayan sənətçi, ona dəfələrlə cadular olunduğunu və haqqında qara piar aparıldığını açıqlayıb.

"Mütləq gərək ki, toy olsun?! Şəxsi həyatımla bağlı nəsə bilən kimi bəzi şəxslər haqqımda qara piarlar aparırlar. Falçılara gedib, "cadu-piltə"lər edirlər. Bəsdirin də... Onların fikri-zikri Mətanətdir. Onların başqa fikirləri yoxdur. Görməzdən gəlirəm, onlar mənim üçün yoxdur, heç nədirlər. Hamı da bilir, kim və kimlər mənim arxamca qara piar aparır. "Özünü tanıyan, zərbə vurmaz". Onlar mənim kimi olsaydılar, bu dünya gözəlləşərdi".

Əsədova sənət aləmində dostunun olmadığını bildirib.

"Mənim bu sənətdə dostum yoxdur. Sənət nədir, dost nədir?! İkisi bir araya gələn şey deyil. Sənətdə dost axtarmayın".

"Mənə qarşı çıxan elə təriflədiklərim oldu" deyən Mətanət Əsədova onlardan zərbə aldığını söyləyib.

"Onları olmadıqları yerə gətirib qoyuram. O, yuxarıda olmağa layiq deyil. Elə öz yerində qalsa yaxşıdır. O, xoş sözlərə, təriflərə layiq deyil. Qoy öldüyü yerdə ölsün. Mən kiminsə adını çəksəm, şərəf olar. Ona görə ad çəkməyəcəyəm".

Rəşad Əliyev, Bizim.Media

Mənbə: bizim.media