"Əsəbi və stresli vaxtımda bunu etdim" - Nigar Şabanova

"Əsəbi və stresli vaxtımda bunu etdim" - Nigar Şabanova<span class="qirmizi"></span>

"Qapalı geyinəndə də eyni sözü dedilər. Açıq geyinsəm nə dəyişəcək? Açıq, qapalı geyinənə, ailəsi olana da, olmayana da eyni sözü yazırlar. Ona görə də şərhləri vecimə almıram".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova "MTV maqazin"ə açıqlamasında deyib. Müğənni səs-küyə səbəb olan fotosessiyasından danışıb. O bildirib ki, stilist Elnur Həsənovla olan işbirliyi onun ürəyincə olub:

"Bir az əsəbi dönəmimə rast gəldi. Stresli vaxtım idi. Elnur Həsənova zəng etdim, dedim, məni dəyişdir. Özümü fərqli görmək istəyirəm. İlk peşəkar fotosessiyamdır. Dedim, elə et ki, əsəbim, stresim içimdən çıxsın. Elnur da bu işə öyrəşib, etdi. Eyib olacaq heç bir şəkil yoxdur orada. Geyimlərdə, saç düzümündə bir az fərqlilik var. Neçə illərdir sənətdəyəm. Mən də özümə azad obrazı yaraşdırdım, qıydım".
 

 

 

Mənbə: big.az