“Kişilər orda-burda yekəbaş kimi danışırlar” – Yazıçıdan sərt açıqlama

“Kişilər orda-burda yekəbaş kimi danışırlar” – Yazıçıdan sərt açıqlama<span class="qirmizi"></span>

“Həmin aparıcı son dərəcə savadsız, kobud insandır”. Bu sözləri Yenisabah.az-a açıqlamasında yazıçı-publisist Xeyrəddin Qoca deyib.

Xatırladaq ki, ötən gün aparıcı Lalə Azərtaşın “Təsir dairəsi” verilişində işlətdiyi sözlər müzakirələrə səbəb olub. Aparıcının proqramda boşananlar barədə səsləndirdiyi fikir birmənalı qarşılanmayıb. O, ailələrin dağılmasının qəti əleyhinə olduğunu bildirib. Əlavə edib ki, lazım gəlsə, qadın kişinin ayağını yuyub, suyunu da içməlidir. Lalə Azərtaşın sözlərinə bəzi sosial şəbəkə istifaəçiləri haqq qazandırsa da, tənqid edənlər də olub.

Xeyrəddin Qocanın sözlərinə görə, qadın heç vaxt kişinin ayağını yumamalıdır:

“O aparıcı son dərəcədə savadsız, kobud adamdır. Heç vaxt qadın kişinin ayağın yumamalıdır. Kişi ölüm ayağında xəstə olar, o başqa məsələ. Ümumiyyətlə kişi də qadın xəstə olanda onun ayağın yuya bilər. Yəni çıxılmaz vəziyyətdə olan zaman etmək olar. Daha belə yox”.

X.Qoca qeyd edib ki, qadın kişinin qulu deyil:

“Qadın qul deyil. Qadının öz hüquqları var. Qadın anadır. Kişilər orada-burada yekəbaş kimi danışırlar. Tərbiyəsiz şəkildə deyirlər ki, “mən kişiyəm”. Anlamırlar ki, qadın da anadır. Qadınlar heç o sözü dilinə də almırlar.

Qadın kişidən min qat artıq adamdır. Həm uşağa, ailəyə baxır, həm də namusumuzu, ailəmizi qoruyur. Kişiyə də baxır. Elə kişinin özü də bir uşaqdır. Qadını bu qədər alçaltmaq özü alçaqlıqdır. Vəssəlam”.

Mənbə: moderator.az