Məşhur türk aktyorlar Hissin mahnısını oxudu - VİDEO

Məşhur türk aktyorlar Hissin mahnısını oxudu - VİDEO<span class="qirmizi"></span>

Türkiyənin reytinqli serialı "Kuruluş Osman"ın çəkiliş meydançasında azərbaycanlı ifaçı Hissin mahnısı səslənib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bununla bağlı ekran işində rol alan, həmyerlimiz, Avropa çempionu Zabit Səmədov məlumat paylaşıb.

Səmədovun yaydığı kadrlarda aktyorlar Fatih Ayhan və Çağrı Şensoy Hissin "İstəmirəm" mahnısını oxuyub.

Bu anlar sosial şəbəkələrdə maraqla qarşılanıb.

Mənbə: news.milli.az