“Netflix” ən bahalı filminin treylerini yayımladı - VİDEO

“Netflix” yayım xidməti özünün “YouTube” kanalında “The Grey Man” (“Boz adam”) döyüş filminin ilk treylerini yayımlayıb.

Filmin rejissorları “Qisasçılar”ın dörd hissəsini çəkən Entoni və Co Russodur. Onlar həm də prodüser kimi çıxış ediblər.

Filmin süjeti amerikalı yazıçı Mark Qrininin əsəri əsasında qurulub. Əsərin qəhrəmanları bir vaxtlar Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olmuş, indi isə Boz Adam ləqəbli muzdlu qatil və onun keçmiş həmkarı Lloyd Hansendir. Baş rolları isə müvafi qolaraq Rayan Qoslin və Kris Evans canlandırırlar.

Ekran səsrinin büdcəsi 200 milyon dollar təşkil edib və bununla da o, “Netflix”in ən bahalı layihəsi kimi tarixə düşüb.

Qeyd edək ki, filmin premyerası iyulun 22-də baş tutacaq.

Mənbə: buro247.ru

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

“Bu problem həll edilə bilər, amma Türkiyə...” - Finlandiyanın sabiq baş naziri

SONRAKI XƏBƏR

“Çelsi”nin daha bir futbolçusu “Barselona” ilə anlaşdı