Elvin əməliyyat üçün Türkiyəyə gedir

Elvin əməliyyat üçün Türkiyəyə gedir<span class="qirmizi"></span>

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev müalicə üçün Türkiyəyə yola düşəcək.

Bu barədə OLAY-a sənətçinin xanımı Elvina Ağayeva məlumat verib.

O deyib ki, sabah qardaş ölkəyə gedəcəklər:

"Xoşqədəm Hidayətqızının verilişində lazımi məbləğ toplandı. Sabah Türkiyəyə yola çıxırıq. Müalicə və əməliyyat orada olacaq. Sabahkı analizlərdən sonra donor məsələsi də müəyyənləşəcək".

Qeyd edək ki, aktyorun əməliyyatı üçün 90 min manat məbləğində pul lazım idi. Bir müddət əvvəl "Səni axtarıram" verilişində qeyd olunan məbləğ yığılıb.

 

 

Mənbə: big.az