Burcu Esmersoyun qazancı açıqlandı

Burcu Esmersoyun qazancı açıqlandı<span class="qirmizi"></span>

 

Özündən 15 yaş kiçik Nazım Akmandillə eşq yaşayan və sevgilisi ilə yayın sonunda evlənməyə hazırlaşan Türkiyənin məşhur aparıcısı, model və aktrisa Burcu Esmersoy gündəlik qazancı ilə gündəmə gəlib.

Reklam məzmunlu, reklam məzmunlu paylaşıma görə isə 150 min TL (15 570 AZN) alan 46 yaşlı aparıcı yalnız may ayında sosial şəbəkəsində 5 fərqli brendin reklamını edib.

“Pırlanta” markasının reklamından 2 milyon TL, moda markası ilə əməkdaşlıqdan isə 1 milyon TL alan aparıcı sosial mediadan ümumilikdə 600 min TL qazanıb. Beləliklə, Esmersoy yalnız may ayında 3 milyon 600 min TL qazanıb.

Məşhur aparıcının gündəlik gəlirinin təxminən 116 min TL olduğu deyilir.

Mənbə: Haber Global

Mənbə: www.oxu.az