Azərbaycanlı müğənni avtomobil qəzası keçirdi - FOTO

Müğənni Aytac Vidadiqızı ağır yol qəzası keçirib.

BAKU.WS xəbər verir ki, sənətçinin "Gelandevagen" markalı avtomobili qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Onun idarə etdiyi maşın yararsız hala düşüb.

Hər iki avtomobilə ziyan dəysə də xoşbəxtlikdən xəsarət alan olmayıb. Hazırda sənətçinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, ifaçı bir müddət əvvəl etdirdiyi bədənşəkilləndirmə əməliyyatı ilə gündəmə gəlmişdi.

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

ABŞ dünyada çoxluğun dəstəyini itirib - Volodin

SONRAKI XƏBƏR

173 milyon manat mənfəətin 144-ü 5 bankın payına düşürsə - qalan 21 bankımız kimin nəyinə lazımdır...