Aysel Əlizadə Bakıdakı "Formula-1 tıxacları"ndan şikayətləndi - VİDEO

Aysel Əlizadə Bakıdakı "Formula-1 tıxacları"ndan şikayətləndi - VİDEO<span class="qirmizi"></span>

Müğənni Aysel Əlizadə yeni paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, verilişlərdən birinə gedən sənətçi sosial şəbəkədə yeni video yayımlayaraq paytaxtdakı tıxacdan şikayətlənib:

"Formula qurtarsaydı, tıxaclardan canımız qurtatardı. Avtomobilimi dünyanın o biri başında saxlamışam, bu görünüşdə də gəzirəm. Camaat da baxıb deyir nolub günün günorta çağı bu qız bəzənib, belə makiyaj edib. Nəysə ki gəlib çatdım".

Qeyd edək ki, Aysel Əlizadə uzun illərdir Türkiyədə yaşayır. Arada Bakıya gələn sənətçi bəzən toylarda və şou proqramlarda iştirak edir.

BAKU.WS

Mənbə: baku.ws