"Mən elə sözlər deməmişəm, Xoşqədəm xanım ölkədə ilk sosial-axtarış verilişi yaradıb" - Fəzail Ağamalı

“Mən Xoşqədəm xanımın proqramı haqda elə ifadələr işlətməmişəm. Bu kökündən yanlışdır. Xoşqədəm xanım son dərəcə peşəkar, professional bir jurnalistdir. O ictimai siyasi proseslərdən yazan jurnalist kimi öz sözünü deyib və sosial proyektə keçid edib. Əməkdar junalistdir. Azərbaycanda ilk dəfə belə sosial-axtarış proqramını Xoşqədəm xanım yaradıb. Sosial verilişləri inkişaf etdirirb, xeyirxah missiya üzərinə götürüb. İllərdir proqram öz adıyla davam edir. Bu elə peşəkarlığın və professionallığın göstəricisidir. Bunu unutmaq olmaz.”

 

Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib. O daha sonra açıqlamasında tanınmış aparıcı Xoşqədəm Hidayətqızı haqda danışarkən sözlərinin düzgün anlaşılmadığını, onun sözlərinin konteksdən çıxarıldığını bildirib.


“Mənim Xoşqədəm xanımla illərdir gözəl münasibətim var. Hər bir verilişdə çatışmazlıq var. Mən də bilirəm ki, Xoşqədəm xanım siyasətdən, sosial sferadan gəlib və illərdir qəzet baş redaktorudur. Mən çox məsuliyyətli adamam, nə danışdığımı bilirəm. Burda konsepsiya tam fərqlidir. Xoşqədəm xanım ölkədə ilk dəfə sosial-axtarış proyekti yaradıb və mən də onun verilişlərində iştirak etmişəm. Sevinirəm ki, belə verilişlər var. Ola bilər başqa verilişlər Xoşqədəm xanımın prorqamını təkrar edir. Qoy olsun, əsas odur yaxşı işlər görülür, xeyirxah missiya üzərində işləyirlər. Mən uğurlar arzulayıram.”

 

Manşet.az

 

Manset.az

ƏVVƏLKİ XƏBƏR

Tarixdə ilk dəfə Türkiyə, Rumıniya və Polşa liderlərinin zirvə toplantısı keçiriləcək

SONRAKI XƏBƏR

Maldini: "İbrahimoviç karyerasını bitirmək fikrində deyil"